SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra ilk dəfə olaraq birbaşa uçuşlar bərpa edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu Ermənistanın “Fly One Armenia” aviadaşıyıcısı həyata keçirib.

Təyyarənin göyərtəsində 65 sərnişin olub.

İlkin mərhələdə İrəvandan İstanbula uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Gələcəkdə uçuşlar çərşənbə günləri də həyata keçiriləcək.

BAKU.WS