İstanbulda uzun müddət davam edən leysan ciddi problem yaradıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bir çox küçə su altında qalıb, avtomobillərə ciddi ziyan dəyib.
Yağıntı suların evlərin zirzəmilərini doldurub. Hazırda leysanın fəsadları aradan qaldırılır.
İstanbulda yağan güclü leysan səbəbiylə Arnavutköy səmtində çay daşıb.
Çayın yaxınlığında yerləşən, sel sularının çatdığı mərmər və mebel istehsalı sexində çalışan işçilər son anda sel sularına qərq olmaqdan xilas olublar.
Başakşehir, Esenyurt və Sultanqazi rayonlarında da güclü yağış təsirini artırıb.
Bəzi ərazilərdə xilasetmə briqadalarının göndərildiyi bildirilir.
Başakşehirdə su dolu yolda sürücülər hərəkətdə çətinlik çəkərkən, bəzi avtomobillər tamamilə suya qərq olub.
Görüntüləri təqdim edirik: