SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Pensilvaniya ştatında məhkum həbsxanadan divara dırmaşaraq qaça bilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, əslən Braziliyadan olan Danelo Kavalkante avqustun 31-i Cümə axşamı günü “Chester County” həbsxanasından qaçıb.

Onun həbsxanadan təxminən 3,2 km aralıda, sıx meşəlik ərazidə olduğu güman edilir.

Kavalkante keçmiş sevgilisini öldürməkdə təqsirli bilinib. O, ömürlük həbs cəzasına məhkum edilib.

Pensilvaniya ştatının polis polkovnik-leytenantı qaçağın təhlükəli hesab edildiyi barədə əhaliyə xəbərdarlıq edib.

Hazırda səlahiyyətlilər sakinlərdən qaçan şəxsin gizlənə biləcəyi boş mülklərdən uzaq durmağı və boş evləri axtarmaq üçün polislə əlaqə saxlamağı xahiş ediblər.

BAKU.WS
VİDEO