SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Prezidenti Cozef Bayden "İdalia" qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edən fərman imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsini əmr edib.

BAKU.WS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Baydenin əmri ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyindən Florida hakimiyyətinə yardımı nəzərdə tutur.

BAKU.WS