SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Prezident Cozef Baydenin Ağ Evdə Məxfi Xidmətdən olan bəzi mühafizəçilərə etibar etmədiyi məlum olub.

BAKU.WS-in məlumatına görə, “The Hill” qəzeti bu barədə amerikalı yazıçı və jurnalist Kris Uiplenin “Onun həyatının bütün mübarizəsi: Ağ Evin daxili Cozef Baydenin dövründə” kitabına istinadən yazır.

Səbəb olaraq bildirilib ki, onlar Birləşmiş Ştatların keçmiş prezidenti Donald Trampın tərəfdarlarıdır.

“Baydenin ən böyük problemi təhlükəsizlik komandası ilə bağlı narahatlığı idi. Bu insanların bəziləri “Amerikanı yenidən möhtəşəm edək” şüarına rəğbət bəsləyirdilər. O həmin şəxslərə güvənmədi”, - kitabda deyilir.

BAKU.WS