SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Cozef Baydenin həyat yoldaşı Cill Bayden dəri xərçəngindən əməliyyat olunub.

BAKU.WS xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 71 yaşlı Cill Bayden Merilend ştatındakı Uolter Rid Tibb Mərkəzinə baş çəkib və orada dəri xərçəngindən müalicə üçün əməliyyat keçirib.

Əməliyyat zamanı onun dərisində yaranan xərçəng toxumaları aradan qaldırılıb.

9 saatlıq əməliyyatdan sonra Ağ Evə qayıdan Cill Baydenin əhvalının yaxşı olduğu və Cozef Baydenin həyat yoldaşını xəstəxanada müşayiət etdiyi bildirilib.

Həkim Kevin Okonnor qeyd edib ki, əməliyyatdan əvvəl dəridə xərçəng toxumasının yarandığı daha bir nahiyə aşkarlanıb və o da çıxarılıb.

BAKU.WS