SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Çorum vilayətində meşəlik ərazidə yanğın başlayıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hazırda Sarp qayalıqlardan ibarət bölgədə qrupların yanğınla mübarizə işləri davam edir.

Məlumata görə, hadisə Gökgözlər və Kuyumcu kəndləri arasındakı meşəlik ərazidə qeydə alınıb.

Obruk su anbarının ətrafındakı meşəlik ərazidən tüstünün qalxdığını görən vətəndaşlar yanğınsöndürmə idarəsinə məlumat veriblər.

Bundan sonra əraziyə Çorum və ətraf rayonlardan yanğınsöndürmə qrupları cəlb edilib.

BAKU.WS