SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Muğla vilayətinin Datça rayonunda meşə yanğını başlayıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Muğla Meşə Region İdarəsinə məxsus qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb.

Yanğının söndürülməsinə 6 helikopter və 6 təyyarə cəlb olunub.

Yanğınsöndürmə işləri davam edir.

BAKU.WS
VİDEO

QALEREYA