SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Diyarbəkir bölgəsində qız evində oturduğu yerdə başından güllə yarası alıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Yenişehir rayonunda baş verib.

Məlumata görə, hərəkətdə olan avtomobildən təsadüfi atəş açılıb.

Yeniyetmə yoldan keçən avtomobildən atılan atəş nəticəsində ağır yaralanıb.

Pəncərədən içəri keçən 2 güllədən biri fərdi yaşayış evində yaşayan O. Sultanın başına dəyib.

Əraziyə sağlamlıq qrupları və polis cəlb olunub.

Sultan hadisə yerində edilən ilk müdaxilədən sonra xəstəxanaya aparılıb.

Hazırda onun Həyati təhlükəsinin olmadığı bildirilir.

Polis hadisəni törədən şəxsi axtarır. Faktla bağlı araşdırılma aparılır. 

BAKU.WS