SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Mersin şəhərində qaçırılan uşaq öldürülüb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Yenişehir rayinunda qeydə alınıb.

Belə ki, Suriyalı zərgər Halit Hayankedin 12 yaşlı oğlu Xaled Hayanked dünən günorta saatlarında bağçada oynayarkən qəfildən itib.

Bir müddət sonra ailəyə zəng edən naməlum şəxs uşağın qaçırdığını və 400 min avro fidyə ödəsələr, onu buraxacağını, polisə məlumat versələr öldürəcəyini bildirib.

Daha sonra Halit Hayanke hadisə ilə bağlı polisə məlumat xəbər verib.

Əraziyə gedən polis qrupları təhlükəsizlik kamerası görüntülərini araşdırıb və uşağın hadisə yerini tərk etmədiyini təsdiqləyib. İstintağı davam etdirən polis, üç bloklu binanın A blokunun zirzəmisinə daxil olduqdan sonra döşəyə bükülmüş 12 yaşlı uşağın cəsədini aşkarlayıb. Boğularaq öldürüldüyü təsdiq edilən uşağın cəsədi, yarıldıqdan sonra torpağa tapşırılıb.

Aparılan istintaq çərçivəsində məlum olub ki, qətli həmin binanın işçisi Hasan Cingöz törədib. O, dindirilmə zamanı törətdiyi cinayəti etiraf edib.

Cingöz külli miqdarda borcu olduğunu deyərək, rahat həyat yaşamaq üçün hadisəni törətdiyini deyib.

BAKU.WS
QALEREYA