SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində yerləşən Kumtağ səhrasında bir qrup turist nadir və təhlükəli təbiət hadisəsi ilə qarşılaşıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, onlar qumsalın üstünə çıxanda birdən-birə saçları elektriklənməyə başlayıb.

Məlumata görə, bu qəribə və gülməli görünən hadisə əslində çox təhlükəli bir vəziyyətdir. Səbəb isə statik elektriklə ifrat dərəcədə yüklü bir atmosferin olmasıdır. Bu zaman yaxınlıqda ildırımın belə düşə bilər.

Sözügedən ərazidə atmosferdə o qədər güclü elektrik sahəsi var idi ki, havada xırıltı və klik səsləri eşidilir, sanki turistlər yüksək gərginlikli elektrik xəttinin yanında dayanıblar. Onların saçlarının anidən elektriklənib dikləşməsi də məhz buna görədir.

BAKU.WS
VİDEO