SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusu avqustun 13-də Ukraynanın Xerson vilayətini kütləvi şəkildə atəşə tutub. Zərbələr nəticəsində biri uşaq olmaqla altı nəfər həlak olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko və prezident aparatının rəhbəri Andrey Yermak məlumat veriblər.

Məlumata görə, atəş nəticəsində yerli sakinlər - ər, arvad və onların cəmi 23 günlük olan qızı həlak olub.

Bununla yanaşı, 12 yaşlı uşaq da ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Bildirilir ki, raket atəşi nəticəsində beş fərdi ev dağılıb.

BAKU.WS
QALEREYA