SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Ukraynanın Pokrovsk şəhərinə raket hücumu edib. Nəticədə 7 nəfər həlak olub.

BAKU.WS xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Naziri İqor Klimenko teleqram kanalında paylaşıb.

O, öz paylaşımında Rusiyanın Donetsk vilayətinin Pokrovsk şəhərinə raket hücumu həyata keçirdiyini bildirib:

“Hazırda bölgədə axtarış-xilasetmə qrupları çalışır. Hücum zamanı 7 nəfər həyatını itirib, 29-u polis, 7-i Fövqəladə Hallar Xidmətinin əməkdaşı, 2-i uşaq olmaqla ümumilikdə 67 nəfər yaralanıb".

Klimenko həmçinin onu da vurğulayıb ki,  Rusiya Xarkov vilayətinin Kupyansk rayonuna da raket hücumu edib. Nəticədə 2 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.

BAKU.WS
VİDEO