SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna rəsmiləri bu barədə ictimaiyyətə danışmaqdan imtina etsələr də, Volodimir Zelenskinin müharibədə öləcəyi təqdirdə Ukraynanın planı var.

BAKU.WS xəbər verir ki, Bu barədə Amerikanın "Politico" nəşri yazır.

Nəşrin müəllifləri qeyd edirlər ki, prezidentin rus qoşunları tərəfindən mümkün sui-qəsd məsələsi nə Ukraynada, nə də Qərbdə diqqətdən kənarda qala bilməz.

Volodimir Zelenski sadəcə rəsmi dövlət başçısı deyil: o, şəxsən Rusiya ilə mübarizəyə beynəlxalq dəstəyin cəlb edilməsində əsas rol oynayır.

Politico xatırladır ki, genişmiqyaslı müharibənin əvvəlində Ukrayna rəsmilərinin dediyinə görə, ruslar Ukrayna prezidentini qarşı bir neçə dəfə sui-qəsdə cəhd ediblər.

"Zelenskinin həyatını təhlükə altında qoyduğu üçün xarici səfərləri son dərəcə məxfiliklə planlaşdırılır. Ukrayna rəsmiləri bu ilin fevralında onun gözlənilən gəlişindən üç gün əvvəl Brüsselə planlaşdırılan səfərlə bağlı məlumatın yayılmasından qəzəbləniblər və çünki bu onun səfərini təhlükə altına qoyub", - nəşr yazır.

Nəşr qeyd edir ki, Ukrayna rəsmilərinin bu barədə danışmaq istəməməsinə baxmayaraq, hələ də Zelenskinin ölümü ilə bağlı fəaliyyət planı mövcuddur.

Formal olaraq Konstitusiyaya görə, hakimiyyətin ötürülməsi xətti aydındır: Prezident öz vəzifələrini yerinə yetirə bilməyəndə onun səlahiyyətlərini Ukrayna Ali Radasının sədri üzərinə götürür.

"Politico"nun məlumatına görə, Ali Radanın hazırkı sədri – Ruslan Stefançukun əhali arasında o qədər də yüksək etimad reytinqi yoxdur, lakin bu problem yaratmayacaq.

Nəşr təklif edir ki, Zelenskinin yoxluğunda Stefançuk, Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Oleksiy Reznikov birlikdə dövlətə rəhbərlik edəcək. Valeri Zalujnı ordunun baş komandanı postunda qalacaq.

ABŞ Milli İqtisadi Araşdırmalar Bürosunun ekspertlərinin hesablamalarına görə, son 150 ildə milli liderlərə qarşı 59 sui-qəsd olub.

BAKU.WS