SİZİN REKLAM BURADA!
055 213 76 73


Kanadanın Ontario bölgəsində kiçikölçülü təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə paytaxt Ottavadan təxminən 100 kilometr şərqdə yerləşən Aleksandriya şəhəri yaxınlığında baş verib.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, “Cessna 150” təyyarəsinin pilotu ölüb, sərnişin isə xəstəxanaya yerləşdirilib.

BAKU.WS