SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan «An-12» təyyarəsi qəzaya uğrayıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, məlumatı Sibir Avia-axtarış xilasetmə mərkəzi yayıb.

Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.

Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş. İrkutskda «An-12» yük təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfərin meyitlərinin qalıqları tapılıb. Təyyarənin göyərtəsindəki daha 3 nəfərin taleyi hələlik naməlumdur.

BAKU.WS