SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Kahramanmaraş bölgəsində meşələrdə başlayan yanğın evlərə keçməyə başlayıb. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sözügedən ərazidə güclü küləyin təsirindən qısa müddətdə yanğının miqyası genişlənib. 

Həmin bölgədəki bəzi yaşayış evlərinə alov sıçrayıb. Yanğınsöndürənlər 6 saata alovu ram edə biliblər.

Yanan evlər ətrafdakı sakinlər tərəfindən kameraya çəkilib. Onlardan biri, "Getdi evlər, getdi", - deyərək fəryad edib. 

BAKU.WS
VİDEO

QALEREYA