SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Rusiya Ukraynanın paytaxtı Kiyevi dron hücumuna məruz qoyub.

BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, İran istehsalı kamikadze dronları Kiyev vilayətinin yaşayış məntəqələrindən birinə düşüb.

Dronların parçalarının düşməsi nəticəsində fərdi yaşayış evinə və yardımçı tikiliyə ziyan dəyib, yanğın başlayıb.

Hazırda hücum zamanı ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur. Hadisə yerində polis və təcili yardım xidməti fəaliyyət göstərir.

BAKU.WS
QALEREYA