SİZİN REKLAM BURADA!
055 213 76 73


Kiyev şəhər meri Vitali Kliçko kamikadze-dronları ilə hücum səbəbindən Ukraynanın paytaxtında bir neçə yolda hərəkət məhdudlaşdırılıb. 

BAKU.WS-in məlumatına görə, Kiyev meri hücumlarla əlaqədar şəhər əhalisinə də müraciət edib: "Kiyev əhalisinə müraciət edirəm. Zəruri ehtiyac olmadığı halda şəhərdən çıxmağa cəhd etməyin. Hava Hücumundan Müdafiə Sisteminin siqnalını diqqətə alın. Biz birlikdə bunun öhdəsindən gələcəyik". 

***10.30

Səhər saatlarında rus qoşunları İranın kamikadze pilotsuz təyyarələri ilə Kiyevə hücum edib. Paytaxtın Şevçenko rayonunda baş verən hücum nəticəsində qeyri-yaşayış binasında yanğın baş verib.

BAKU.WS unian-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb. Bundan sonra Kiyev şəhərində daha iki partlayış baş verib.

Bu barədə şəhər meri Vitali Kliçko bildirib. Məlumata görə, partlayışlarla əlaqədər şəhərdəki bütün təhsil müəssisələri distant rejimə keçib.

"Yanğınsöndürmə briqadaları işləyir. Bir neçə yaşayış binasına ziyan dəyib. Həkimlər hadisə yerindədir. Zərərçəkənlər barədə məlumatları dəqiqləşdiririk", - deyə Kliçko yazıb.

Mer bu səhər Kiyevə hücum edən kamikadze pilotsuz təyyarələrdən birinin qalıqlarının fotosunu paylaşıb.

BAKU.WS
QALEREYA