SİZİN REKLAM BURADA!
055 213 76 73


Neymar Braziliyanın Rio De Janeyro şəhərində yerləşən Manqaratiba bölgəsinin rəhbərliyi tərəfindən 16 milyon real (3,3 milyon ABŞ dollarından çox) cərimələnib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb futbolçunun özəl mülkündə süni göl yaratması olub.

Belə ki, sözügedən mülkdə aparılan inşaat işləri zamanı qayaların qırılması və ağacların kəsilməsi kimi qanunsuzluqlara yol verilib.

Məlumata görə, iyunun 22-də futbolçunun əmlakında yerli ekoloji xidmət nümayəndələri tərəfindən yoxlamalar aparılıb və tikinti işlərinə məhdudiyyət qoyulub. Lakin bir gün sonra malikanəsinə gələn Neymar burada yaradılan gölə girib, parti təşkil edib və qadağalara məhəl qoymadığını sosial şəbəkələrdə etdiyi paylaşımlarla sərgiləyib.

Bütün bu səbəblər nəzərə alınmaqla oyunçu cərimə olunub. Onun yerli hakimiyyət orqanlarının qərarına etiraz etmək üçün 20 gün vaxtı var.

BAKU.WS
QALEREYA