SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın paytaxtı Moskva şəhərinin Yeni Moskva rayonuna PUA hücumu olub.

BAKU.WS xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında bildirib.

"Bu gün Ukrayna PUA-larının Yeni Moskva və Moskva vilayətinə daha bir hücum cəhdi olub. Hücumlar Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən dəf olunub, pilotsuz uçuş aparatlarının hamısı məhv edilib", - Sobyanin qeyd edib.

Təhlükəsizlik məqsədilə bəzi reyslər müvəqqəti olaraq Vnukovo hava limanından başqa istiqamətlərə yönləndirilib.

Səhər saat 8:00-dan isə hava limanı ərazisində reyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

BAKU.WS