SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada Moskvanın Vnukovo hava limanından Gürcüstanın Tbilisi şəhərinə dörd ildən sonra ilk birbaşa uçuş həyata keçirilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Təhlükəsizliyin təmin edilməsi məqsədilə hava limanına çoxlu sayda polis cəlb edilib.

Rusiya-Gürcüstan hava əlaqəsinin bərpasına qarşı çıxan Gürcüstan müxalifətinin və qeyri-hökumət təşkilatının bəzi nümayindələri isə aeroport ərazisində etiraz aksiyası təşkil ediblər.

Bəzi şəxslər hətta polis kordonunu yararaq hava limanın ərazisinə soxulublar.

Ərazidə polislə etirazçılar arasında toqquşmalar yaşanıb.

***10:59

Rusiyada Moskvanın Vnukovo hava limanından Gürcüstanın Tbilisi şəhərinə dörd ildən sonra ilk birbaşa uçuş həyata keçirilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moskva hava limanının onlayn məlumat tablosunda qeyd olunub.

Uçuş Rusiyanın “Azimut” aviaşirkəti tərəfindən həyata keçirilir.

Təyyarədə “Sülh Naminə Həmrəylik” ictimai təşkilatının sədri Merab Çikaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin olduğu məlumdur.

Təyyarənin Moskva vaxtı ilə saat 12:38-də eniş edəcəyi gözlənilir.

BAKU.WS
VİDEO