SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin səhər saatlarında şəhərə dronların hücum etdiyini bildirib.

BAKU.WS bu barədə merin teleqram kanalına istinadən xəbər verir.

Onun sözlərinə görə, uçan pilotsuz təyyarələrin hücumu nəticəsində şəhərdə itki olmayıb.

PUA-nın hücumu nəticəsində bir neçə binaya cüzi ziyan dəyib.

Xəsarət alanların olmadığı bildirilib.

O, əlavə edib ki, şəhərin bütün fövqəladə hallar xidmətləri ərazidədir və hadisənin başvermə şəraitini müəyyənləşdirir.

Mer həmçinin yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb.

Sobyanin əlavə edib ki, bütün fövqəladə hallar xidməti hadisələr baş verən yerdədir və iki evin bir neçə girişinin sakinləri təxliyə edilib.

BAKU.WS
VİDEO