SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonların bu dəfə Titanikə turist səfəri edərkən yoxa çıxan sualtı qayıqdan illər öncə xəbərdar olduğu iddia edilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, fenomen cizgi filminin 2006-cı ildə yayımlanan bölümündə Homer Simspon obrazının çoxdan itkin düşmüş atası Masonla yenidən bir araya gələrək sualtı xəzinə səyahətinə çıxdıqları epizod yenidən gündəmə gəlib.

Həmin epizodda Homerin mərcan mağarasında ilişib qaldığı və “azalan oksigen” xəbərdarlığı aldığı anlar öz əksini tapıb.

Sosial şəbəkələrdə geniş müzakirə olunan mövzu ilə bağlı bir sıra istifadəçilər, “İnanılmazdır, yenə bir Simpson kəhanəti”, “Tam eyni deyil, lakin kifayət qədər yaxındır”, - ifadələrini işlədiblər.

Xatırladaq ki, yaxın zamanda 1514 nəfərin öldüyü Titanik gəmisinin qalıqlarına turistik səfər təşkil edən sualtı qayıqlardan biri Atlantik okeanında yoxa çıxıb. ABŞ Sahil Mühafizəsi sualtı qayıqda 5 nəfərin olduğunu açıqlayıb.

Qeyd edək ki, məşhur Simpsonlar cizgi filmi daha əvvəl koronavirus, 11 sentyabr hücumları, kripto pul, Donald Trampın prezidentliyi kimi mövzularda öncəgörücülük etmişdi. Serialın hətta Ukrayna-Rusiya müharibəsindən də xəbəri olduğu iddia edilir.

BAKU.WS