SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusu Ukraynaya raket zərbələri endirmək üçün sualtı qayıqlardan istifadə edir.

BAKU.WS UNIAN-a istinadən xəbər verir ki, bu barədə Odessa vilayəti hərbi administrasiyası əməliyyat qərargahının mətbuat katibi Sergey Bratçuk bildirib.

Onun sözlərinə görə, Ukrayna ərazisinə "Kalibr" tipli raketlərdən zərbə endirmək məqsədi ilə rəqib Qara dənizdə azı 4 sualtı qayıqdan istifadə edir: "Söhbət "Paltus 877" sualtı layihəsindən gedir. Raketlər 50 metr dərinlikdən buraxılır. Bu halda onları radar və peyk təsbit edə bilmir".

BAKU.WS