SİZİN REKLAM BURADA!
055 213 76 73


Atlantik okeanında turistləri "Titanik" gəmisinin qəzaya uğradığı yerə aparan "Titan" sualtı qayığından bazar günündən bəri xəbər yoxdur.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, xilasetmə işləri davam edərkən sualtı qayıqda təxminən 28 saatlıq oksigen qaldığı bildirilir.

Qeyd olunur ki, Kanadaya məxsus axtarış təyyarəsi sualtı qayığın yoxa çıxdığı ərazidən 30 dəqiqəlik fasilələrlə "zərbə" səsələri qeydə alıb.

Məlumata görə, itkin düşən sualtı qayıqda 5 nəfər var.

Onlar britaniyalı iş adamı 48 yaşlı Şahzada Davud və onun 19 yaşlı tələbə oğlu Süleyman Davud, 58 yaşlı britaniyalı səyyah Hamiş Hardinq, Keçmiş Fransız Dəniz Donanmasının dalğıcı 77 yaşlı Paul-Henri Nargeolet və "OceanGate Expeditions" şirkətinin baş direktoru 61 yaşlı Stoktan Raşdır.

Xatırladaq ki, "Titanik" gəmisi 1912-ci ildə batıb.

BAKU.WS