SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmamış Kosovonun ərazisində fəaliyyət göstərən Aİ-nin Qanunun Aliliyi Missiyasının (EULEX) fəaliyyəti biabırçılıqdır, öhdəliklərini yerinə yetirmir və yalanlar yayır.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu bazar günü Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciətində deyib.

Vuçiç missiyadan sitat gətirib: “Biz sizə zəmanət veririk ki, vəziyyətə nəzarət edirik”.

“Ayıb olsun, yalançılar! Siz heç nəyə əməl etmirsiniz, siz yalançılarsınız! Yeganə məqsədiniz serblərin bölgədən qovulmasıdır”, - Serbiya prezidenti deyib.

BAKU.WS