Güneyli Huntay türk adına görə illərdir doğum şəhadətnaməsiz qalıb - VİDEO

Güneyli Huntay türk adına sahib olduğu üçün illərdir doğum şəhadətnaməsiz qalıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, İranın Qeydiyyat İdarəsi Güney Azərbaycanın Culfa şəhərindən olan uşağa 5 ildir doğum şəhadətnaməsi verməkdən imtina edir.
Huntayın anası, Tehranın Beheşti Universitetindən siyasi elmlər üzrə magistr dərəcəsi ilə bitirən Sevda Fərəczadə bu müddət ərzində çox əziyyət çəkdiklərini deyir. Onun sözünə görə, övladları türk adına sahib olduğu üçün əsas hüquq və xidmətlərdən məhrum ediliblər.
Huntayın atası, Ankara Universitetinin qida mühəndisliyini magistr dərəcəsi ilə bitirən Taymaz Mehrəli Bəyli də geri çəkilməyəcəklərini, Huntaya doğum şəhadətnaməsi almaq üçün özünün və övladının qanuni hüquqlarını həyata keçirmək fikrində olduğunu deyib.
Oxşar xəbərlər
Berlində aksiya keçirən güney azərbaycanlılar bəyanat yayıblar
Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar etiraz aksiyası keçirən güney azərbayc...
