“Saudi Aramco” Asiya, ABŞ və Avropa üçün neft qiymətlərini artırıb

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" OPEC+ nazirlərinin iyunun 4-də keçirilən 35-ci iclasından sonra Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" şirkətin məlumatlarına istinadən məlumat yayıb."Arab Light" markalı neftin qiyməti 0,45 dollar/barel artaraq Oman/Dubay etalonunun qiymətindən 2,55 ABŞ dolları yüksək olacaq. Şirkət, həmçinin Asiya bazarına çıxardığı neftin bütün növləri üzrə qiymətləri eyni məbləğdə artırıb.ABŞ və Şimal-Qərbi Avropa üçün "Saudi Aramco" tədarük etdiyi bütün növ neftin qiymətini 0,9 dollar artırıb.
Oxşar xəbərlər
“Saudi Aramco”nun xalis mənfəəti ötən il 161,1 milyard dollar olub
Dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco” ötən il 161,1 milyard dollar xalis mənfəət əldə edib. Bu da əvvəlki illə müqayisədə 46,5 faiz artım deməkdir....
