SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Gülşen 150 min lirə cərimə edilib. 

BAKU.WS xəbər verir ki, Türkiyə insan hüquqları və bərabərlik İdarəsi (TİHEK) sənətçinin konsertində İmam Hatib Liseyinin tələbələrinə qarşı işlətdiyi sözlərin ayrı-seçkilik olduğuna qərar verib. 

Bu səbəbdən də Gülşen 150 min lirə (təxminən 12 285 AZN) cərimələnib. 

Xatırladaq ki, ifaçı anşılaqla keçən konsertlərindən birində birini nəzərdə tutaraq, “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - ifadəsini işlədib. 

Həmin vaxt Gülşenin sözləri sözügedən liseydə təhsil alanların və məzunların, həmçinin dindarların ciddi narazılığına səbəb olub.

Qısa zaman ərzində tvitter sosial şəbəkəsində Gülşenin həbs olunması üçün #gulsentutuklansın həştəqi ilə yüzlərlə paylaşım edilmişdi.

BAKU.WS