SİZİN REKLAM BURADA!
055 213 76 73


Madriddə “Real Madrid”in oyunçusu Vinisius Juniorun maketi körpüdən asılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bir müddətdir irqi ayrıseçkiliyə məruz qalan Braziliyalı ulduz açıq şəkildə ölümlə təhdid edilib.

Məlumata görə, Vinisiusun maketinin körpüdən asılması ilə bağlı Madrid polisi 4 nəfəri saxlayıb.

Qeyd edək ki, bir müddət öncə “Real Madrid” - “Valensiya” matçının 71-ci dəqiqəsində Vinisius Junior tribunada bir azarkeşin ona qarşı irqçi ifadələr və davranışlar göstərdiyini əsas gətirərək oyunu dayandırıb. O, əsəbiləşib və rəqibinə qarşı sərt hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Hadisələrdən sonra, Valensiya həmin azarkeşləri ömürlük stadiondan uzaqlaşdırıb.

BAKU.WS