SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın Məşhəd şəhərində Məcidrza Rəhnəvərd ictimaiyyətin gözü önündə dar ağacından asılıb.

BAKU.WS xəbər verir ki, “Azad İran” teleqram kanalı məlumat yayıb.

Qeyd edilir ki, edam hökmü “əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub.

İran İnqilab Məhkəməsinin Məşhəddəki idarəsi Məcidrza Rəhnəvərd barəsində 23 gün öncə ölüm hökmü çıxarıb. Hökm dekabrın 12-də səhər saatlarında icra olunub.

Qeyd edək ki, bu, barəsində ölüm hökmü çıxarılan və icra olunan ikinci şəxsdir. Bundan əvvəl Mohsen Şekari dar ağacından asılıb.

BAKU.WS
VİDEO