Türkiyədə ağır qəza: Yük maşını avtomobillərə çırpıldı - FOTO

Türkiyədə ağır qəza: Yük maşını avtomobillərə çırpıldı - FOTO
Foto
Siyasət 118

Türkiyənin Hatay vilayətinin Belen rayonunda yoxuşdan aşağı enərkən idarəetmədən çıxan tərəvəz yüklü yük maşını avtomobillərlə toqquşub.

BAKU.WS bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Qəzada yük maşının sürücüsü 65 yaşlı Sami Mityasoğlu ilə adı açıqlanmayan daha iki nəfər həyatını itirib.

Məlumata görə, hadisə zamanı 15 nəfər yaralanıb.

Bölgəyə çoxlu sayda təcili yardım, jandarma, polis və xilasetmə qrupları cəlb edilib.

Son xəbərlər