Yazda qarın hündürlüyü 7 metrə çatdı - Rayonun əsas yolu 10 günə təmizlənəcək - FOTO

Yazda qarın hündürlüyü 7 metrə çatdı - Rayonun əsas yolu 10 günə təmizlənəcək - FOTO
Foto
Siyasət 229

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda qarın hündürlüyü 7 metrə çatıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qışı sərt keçən bu ərazidə yazda da qarla mübarizə aparılır.

Məlumata görə, Yüksekovanın İkiyaka, Sat Gölləri və Göllerbaşı bölgələrində bağlanan yolu açmaq üçün 5 gün əvvəl işə başlayan qruplar bəzi yerlərdə 7 metrə çatan qar qalınlığı səbəbindən çətinliklə irəliləyir.

Rayon ərazisində 3 ağır texnika və 7 canlı qüvvə ilə aparılan işlərdə 5 günə 3 kilometr yolu açmaq mümkün olub. Komandalar 10 gün ərzində bölgəyə nəqliyyatın hərəkətini təmin etməyi hədəfləyir.

Son xəbərlər