SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı keçirilən etirazlar zamanı polislə nümayişçilər arasında baş verən qarşıdurmada 11 nəfər yaralanıb, 47 nəfər saxlanılıb.

BAKU.WS "Anadolu Ajansı"na istinadən xəbər verir ki, fransızlar bir sıra şəhərlərdə, o cümlədən Paris, Nant, Renn və Tuluzada pensiya islahatlarına qarşı nümayişlər keçiriblər.

Parisdə nümayişçilər Opera meydanından Bastiliya meydanına qədər yürüş ediblər.

"Fransa prezidenti Emmanuel Makronu təqaüdə buraxaq" yazılmış pankartlar gəzdirən etirazçılar, "İşçilərin ləyaqəti və daha yaxşı bir dünya üçün buradayıq", "Ayağa qalx, Paris" və "Makron, səni gəlib evdən götürəcəyik" şüarlarını səsləndirib.

Bəzi biznesmenlər vitrinlərini, banklar isə bankomatlarını qorumaq üçün tədbirlər görüblər.

Nümayiş zamanı ara-sıra polislə nümayişçilər arasında gərginlik şiddətlənib.

Etirazçılar zibil qutularını yandırıb, avtobus dayanacaqlarının vitrinlərini sındırıblar.

Polis nümayişçilərə gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib.

Nümayişçilərdən bəzilərinin sözügedən qazdan qorunmaq üçün maska ​​və qoruyucu eynək taxdıqları da görünüb.

Parisdə keçirilən aksiyada polis və nümayişçilər arasında yaralananlar olub.

Fransa mətbuatının rəsmi mənbələrə əsaslanaraq verdiyi məlumata görə, 1 nümayişçi və 10 polis olmaqla 11 nəfər yaralanıb, 47 nəfər saxlanılıb.

Ümumi İşçilər Həmkarlar İttifaqı ölkə daxilində təxminən 280 nöqtədə keçirilən nümayişlərdə 1,5 milyon adamın iştirak etdiyini açıqlayıb.

BAKU.WS
QALEREYA