SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin reytinqli layihələrindən olan "Aşk-ı Memnu" serialının aktyoru Rana Cabbar xəstəxanaya yerləşdirilib.

BAKU.WS xəbər verir ki, ekran işində Süleyman Efendi rolunu canlandıran aktyorun qəfildən halı pisləşib və o təcili tibbi yardımla tibb müəssisəsinə çatdırılıb.

78 yaşlı aktyor xəstəxanaya aparılarkən vəziyyəti kritik olub.

Həkimlərin erkən müdaxiləsindən sonra isə o yaxşılaşıb. Hazırda aktyorun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

BAKU.WS