Roma Papası xəstəxanaya yerləşdirilib

29
mar
2023
21:57
Roma Papası Fransisk planlaşdırılmış tibbi müayinələr üçün Romadakı Cemelli klinikasına yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Vatikan 86 yaşlı pontifikin klinikaya gedişi ilə bağlı təfərrüatları açıqlamasa da, bunun əvvəlcədən planlaşdırıldığını qeyd edib.
Xatırladaq ki, 2021-ci ilin yayında Cemelli klinikasında Fransiskin yoğun bağırsağının yarısı kəsilib götürülüb, Papa da bağırsaq əməliyyatından sonra 10 gün orada qalıb.
Oxşar xəbərlər
Roma Papası XVI Benedikt VƏFAT ETDİ
Fəxri Roma Papası XVI Benedikt 96 yaşında vəfat edib. BAKU.WS-in TASS-a istinadən məlumatına görə, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin rəhbəri Matt...
