Türkiyə dağıdıcı zəlzələlərin ölkə sənayesinə vurğudu zərər açıqlandı - FOTO

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank fevralın 6-da baş verən zəlzələ nəticəsində ölkənin sənaye müəssisələrinə 170 milyard lirə (təxminən 9 milyard dollar) dəyərində ziyan vurulduğunu bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin tvitter hesabında məlumat verilib.
Nazir qeyd edib ki, zəlzələlər nəticəsində 34 sənaye zonasında 5,6 minə yaxın müəssisə əhəmiyyətli və ya orta dərəcədə zərər görüb. Ölkənin qalan 34 min müəssisəsi isə fəaliyyətini davam etdirir.
Türkiyə Maliyyə Nazirliyində zəlzələlərin ümumi zərəri 105 milyard dollar və ya 2 trilyon lirə olaraq qiymətləndirilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 50 mini keçib.
DEPREM BÖLGESİNDE SANAYİNİN HASAR DURUMU
— Sanayi ve Teknoloji Bakanlığı (@TCSanayi) March 26, 2023
✔️ 34 OSB'nin 7'sinde kısmi altyapı hasarları var
✔️ Ağır ve orta hasarlı 5 bin 600 tesis bulunuyor
✔️ Deprem bölgesinde sanayide oluşan hasarın yaklaşık 170 milyar TL olduğu tahmin ediliyor https://t.co/S37fD91FKy pic.twitter.com/JkkLnW1UEw
Oxşar xəbərlər
Kahramanmaraşda bir gündə 4 zəlzələ baş verdi - FOTO
Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda gün ərzində 4.4, 4.1, 3.6 və 3.7 bal gücündə 4 zəlzələ baş verib. BAKU.WS-in məlumatına görə, bu barədə öl...
