İranda qaz şirkətində güclü partlayış: İki nəfər həlak olub - VİDEO

25
mar
2023
23:41
İranın Əhvaz şəhərindəki “Butan” qaz şirkətində güclü partlayış baş verib. Hadisə nəticəsində azı iki nəfər həyatını itirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı Xuzistan əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəsmisi Əmir Abbas Nəcəfiyə istinadla xəbər verib.
Yaralıların dəqiq sayı açıqlanmayıb.
Bildirilir ki, zərərçəkənlərə yardım üçün hadisə yerinə dörd əməliyyat qrupu göndərilib.Hadisənin başvermə səbəbi hələlik bəlli deyil.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
