SİZİN REKLAM BURADA!
055 213 76 73


Peruda "Yaku" siklonunun səbəb olduğu daşqınlar və leysan yağışları 18 nəfərin həyatına son qoyub.

BAKU.WS tass-a istinadən xəbər verir ki, bu barədə "Agence France Presse" məlumat yayıb.

Ümumilikdə hakimiyyət orqanlarının statistikasına görə, bir neçə ay əvvəl başlayan bu yağışlı mövsümdə 59 nəfər ölüb, 1300-dən çox yaşayış binası dağılıb.

Xatırladaq ki, bu ilin fevral ayında Perunun cənubundakı Arekipa departamentində 40 nəfər torpaq sürüşməsinin qurbanı olub. Təbii fəlakət nəticəsində 200-ə yaxın yaşayış binası dağılıb.

BAKU.WS