SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın Zahedan şəhərində həbs olunan gənc etirazçılardan biri İbrahim Riqinin ölüm xəbərinin yayılmasından bir saat sonra onun ölümü ilə bağlı yeni təfərrüat açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Rəsmi mənbələr 24 yaşlı etirazçının “döyülmə” nəticəsində öldüyünü açıqlasa da, bəzi bəluc fəallar onun bir müddət həbs olunduqdan sonra azadlığa buraxıldığını, yenidən siyasi mövqe bildirməsinin ardınca isə bu dəfə polis idarəsində hücuma məruz qalaraq dünyasını dəyişdiyini bildiriblər.

24 yaşlı həkim İbrahim Rigi Zahedan şəhərində baş verən “Qanlı cümə” hadisələrindən sonra yaralılara yardım edib. Ötən il sentyabrın 30-da Zahidanda etirazçılar nümayiş keçirən zaman polis qüvvələri onlara atəş açıb.

Rəsmi statistikaya əsasən, həmin gün 35 nəfər öldürülüb, müxaliflər isə azı 100 nəfərin qətlə yetirildiyini bildiriblər.

BAKU.WS
VİDEO