SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə bu axşamkı zəlzələ səbəbindən dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı araşdırmalar yekunlaşıb və müvafiq xəbərdarlıq aradan qaldırılıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) məlumat verilib.

Bildirlib ki, Kandilli rəsədxanasında aparılan hesablamalar nəticəsində mümkün sunami təhlükəsi barədə xəbərdarlıq ləğv edilib.

Mənbə: Anadolu

***22:08

Türkiyənin Hatay şəhərində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

BAKU.WS “sözçü”yə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

”Vətəndaşlarımızın dəniz səviyyəsinin 50 sm-ə qədər qalxması riskinə qarşı tədbir olaraq sahil zolağından uzaq durmaları vacibdir”, - deyə qeyd olunub.

Qeyd edək ki, Türkiyədə bu gün yenə güclü zəlzələ baş verib. Daha ətraflı bu linkdə oxuya bilərsiz:

BAKU.WS