SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Mədən Texniki və Axtarış (MTA) qrupları Kahramanmaraşın Pazarcık rayonunda 7.7 və Elbistan rayonunda 7.6 bal gücündə baş verən zəlzələlərlə bağlı araşdırma aparıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ baş vermiş ərazilərdə mütəxəssislər tərəfindən aparılan araşdırmalarının fotoşəkilləri dərc olunub.

Məlumata görə, Hatayın Kırıkhan rayonunda yolda dərin çatlar əmələ gəlib və bu səbəbdən də rayon mərkəzindən keçən yol bir qədər sola sürüşüb.

Kənd yolunda və Kırıkhan ilə Hassa arasındakı orta yolda yerüstü çatlar boyunca 2,5 metr yerdəyişmə aşkar edilib.

Hassanın cənubunda aşkarlanan qırılma nəticəsində zeytun ağaclarının 330 santimetr yerdəyişdiyi də müəyyən olunub.

Eyni şəkildə, Hassanın mərkəzindəki yolda və Hürriyyət küçəsində “fay xətti”nin qopması səbəbindən 310 santimetr yerdəyişmə aşkarlanıb.

Hassanın şimalındakı asfalt yolda 320 sm, Hassa ilə İslahiye arasındakı bağ divarında 275 sm, eyni ərazidəki bağ hasarında və yolda 350 sm sürüşmə qeydə alınıb.

İslahiyenin cənubunda yol və su kanalında 370 santimetr, daş divarda 450, bağça divarında və yolda 38 santimetr yerdəyişmə aşkar edilib. Yenə İslahiyenin şimalında 100 kvadratmetrlik əkin sahələrində 150-190 santimetr arasında sistematik sürüşmələr aşkar edilib.

Qaziantepin Nurdağı rayonunda qəbiristanlıq hasarı və yolu üzərində 250 santimetr sola sürüşmə baş verib.

Kahramanmaraşın Türkoğlu rayonunun cənubunda 370 santimetr və 320 santimetr sola sürüşən yollar müəyyən edilib. “Narlı” qatar yolunda 270 santimetr sola sürüşmə aşkarlanıb.

BAKU.WS
QALEREYA