SİZİN REKLAM BURADA!
055 213 76 73


Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələdən 3 gün əvvəl sosial media hesabında paylaşım edən "zəlzələ peyğəmbəri" ləqəbli məşhur geoloq Frank Hoqerbets yeni açıqlama verib.

BAKU.WS-in məlumatına görə, təbii fəlakətləri əvvəlcədən təxmin edən hollandiyalı alim özünü nə peyğəmbər, nə də kahin saymadığını bildirib.

"Mən Türkiyə mediasının iddia etdiyi kimi nə peyğəmbər, nə də kahinəm. Bundan əlavə heç vaxt böyük zəlzələlər üçün dəqiq tarix deməmişəm. Sadəcə yer və planetlərin mövqeləri arasında əlaqələr üzərində çalışan bir tədqiqatçıyam və bunun üçün xüsusi proqram hazırlamışam", - deyə Hoqerbets vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər Türkiyədə böyük dağıntılara səbəb olub. Bu dəqiqəyə kimi Türkiyədə təbii fəlakət zamanı 32 minə yaxın insan həyatını itirib. Yaralıların sayı isə 80 mindən çoxdur.

Zəlzələ mütəxəssisi Frank Hoqerbets buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq.

 

BAKU.WS