Hatayda 56 yaşlı qadının həyəcanlı xilasetmə əməliyyatı - ANBAAN VİDEO

Hatayda zəlzələ nəticəsində dağılan binanın altında qalan 56 yaşlı Fatma Çalışkanı çox çətinliklə də olsa xilas edilib.
BAKU.WS xəbər verir ki, 42 saat uçqun altında qalan qadını tapmaq çox çətin olub. Xilas edilən qadın xəstəxanaya aparılıb.
Qadın onu uçqun altından çıxaran xilasedicinin əllərini öpüb və “sizlərə qurban olum” deyə kövrəlib.
Qeyd edək ki, Türkiyədə dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər aparılır. Xilasetmə işlərində Azərbaycanlı xilasedicilər də iştirak edir.
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə zəlzələdə ölənlərin sayı 9057-yə çatıb, 52 979 nəfər yaralanıb - CANLI - YENİLƏNİR
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Onun sözlərinə görə, təbii fəlakə...
