Səfir Türkiyənin ikinci əl paltarlarla bağlı qadağasının səbəbini açıqlayıb

“Türkiyə tərəfi işlənmiş paltarların ölkəyə girişinə qadağa qoyub. Buna səbəb müxtəlif növ xəstəliklərin yayılmasının qarşısını almaqdır”.
BAKU.WS xəbər verir ki, bu sözləri report-un Qaziantepə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
“Azərbaycandan göndərilən humanitar yardımları Türkiyə tərəfinə yönləndiririk və onlar özləri müəyyən edir ki, hansı bölgədə nəyə ehtiyac var. Ehtiyac olmayan yerə tibbi və digər ləvazimatların göndərilməsinin mənası yoxdur. Ümumiləşdirilmiş anbarlar var və orada bütün məhsullar çeşidlənilir”, - səfir bildirib.
O bildirib ki, bu günə qədər Azərbaycandan gələn 647 nəfərlik xilasedici artıq iş başındadır:
“Hazırda ən çox ehtiyac məhz xilasedicilərədir. Türkiyə tərəfi işlənmiş paltarların ölkəyə girişinə qadağa qoyub. Buna səbəb müxtəlif növ xəstəliklərin yayılmasının qarşısını almaqdır. Ona görə də ancaq təzə geyimlər qəbul olunur. AFAD xilasediciləri ehtiyac bölgəsinə uyğun şəkildə göndərirr”.
Oxşar xəbərlər
Azərbaycanın Türkiyədəki səfiri Qaziantepə gedib
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Qaziantepə gedib. BAKU.WS report-a istinadən xəbər verir ki, Türkiyədə baş vermiş və ço...
