SİZİN REKLAM BURADA!
055 213 76 73


Zəlzələ nəticəsində dağıntılar altında qalan Türkiyə I Liqa təmsilçisi "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yılmaz Vural "Show TV"yə açıqlama verib.

O, 29 yaşlı qolkiperin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 3 703 nəfər ölüb, 22 286 nəfər yaralanıb.

BAKU.WS