SİZİN REKLAM BURADA!
055 213 76 73


Kahramanmaraşda baş verən 7,6 və 7,7 bal gücündə zəlzələlərin üstündən 30 saat keçdikdən sonra 30 yaşlı Hülya Yılmaz və 6 aylıq körpəsi A.V.Y. xilas edilib.

BAKU.WS "Haberler.com"a istinadən xəbər verir ki, ana və körpəsi müalicə üçün xəstəxanaya yerləşdirilib.

Zəlzələdən sonra dağılan şəhərlərdə xilasetmə əməliyyatları davam edir.

Xilasetmə qrupları dağıntıların altından mümkün qədər çox insanı sağ çıxarmaq üçün zamana qarşı yarışır.

Qeyd edək ki, son məlumatlara görə, zəlzələ nəticəsində 3 432 nəfər ölüb.

BAKU.WS
VİDEO