SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli müğənni və model Aylin Coşkun gündəmi alt-üst edən açıqlama verib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, maqazin verilişlərindən birinə 4 il əvvəlki toyu barədə danışıb. Aylin məclisdə gəlinin üzərinə qızıl taxma adətini mənasız hesab etdiyini bildirib. 

Üzərinə 1 kilodan artıq zinət əşyaları taxılan sənətçi həmin insanlara söydüyünü etiraf edib:

"Gəlinə qızıl taxma mərasimi mənə bayağı gəlir. Mən elə şeyi bəyənən insanlardan deyiləm. Adamlar geyimimə qızıl taxanda "taxmayın" deyib söyürdüm".

Xatırladaq ki, Aylin 2019-cu ildə 15 illik sevgilisi ilə ailə qurub. 

Zöhrə Pənahi
BAKU.WS
VİDEO