SİZİN REKLAM BURADA!
055 213 76 73


Fəxri Roma Papası XVI Benedikt 96 yaşında vəfat edib.

BAKU.WS-in TASS-a istinadən məlumatına görə, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni bildirib.

Almaniyalı kardinal, ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq Roma papası seçilib.

Benedikt 2013-cü ilin fevralında sağlıq durumunu əsas gətirərək pontifik postundan istefa verib.

XVI Benedikt ömrünün son illərini Vatikan ərazisində yerləşən keçmiş monastır binasında fəxri Roma Papası kimi keçirib.

BAKU.WS